Cümə
26.04.2024
01:10
Xoş Gəldin Гость
RSS
 
Hər Gün Aşura, Hər Yer Kərbəla
Ana Səhifə Qeydiyyat Giriş
»
Menu

Bölmələr
Əhli Beyt (ə.s.) [6]
Dualar [1]
Hədislər [5]
Moizələr [0]
Məqalələr [6]
Hekayələr [0]
Nəsihətlər [2]
Mərsiyyələr [6]
İslamda Ailə [3]
Ramazan Ayı [3]
İslamda Əxlaq [8]
İslami Mövzular [7]
Şeir və Qəzəllər [1]
İbrətamiz Hekayələr [4]
Həqiqətlər və Batillik [1]

Mini-chat
200

Sorğu
Namaz qılırsınız?
Bütün Nəticə: 284

Milli Qəhrəman

Statistika

Onlaynda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə » 2014 » Sentyabr » 24 » Zaman bizi gözləmir
13:43
Zaman bizi gözləmir

Zaman bizi gözləmir. Hər gün ömürdən gedir. Günlər getdikcə biz də axirətə yaxınlaşırıq. Qızıldan qiymətli günlərimizi gəlin boşa sərf etməyək. Bu bizim axirətimiz üçün də xeyirlidir.
İnsanlar bu dünyada yaşamaq üçün mübarizə aparırlar. Sanki dünyada əbədi qalacaqlarmış kimi. Heç bir əqilli insan axirətinə azuqə toplamamış dünyadan köçməz.
Bəs bu barədə Allahtəala Quranda bizə nə buyurur?
Zaman bizi gözləmir
"Mən insanları və cinləri yalnız Mənə ibadət etmək üçün yaratdım!" (Zariyat 56)
Bəli, biz bu dünyaya axirətimiz üçün azuqə toplamağa gəlmişik. Nə yazıq ki, bəziləri bu azuqəni toplamağa vaxtımız yoxdur deyir. Hər şeyə vaxt tapır: yeməyə, içməyə, gəzməyə, əylənməyə, saatlarla telefonla danışmağa və s. Amma namaza gələndə vaxtımız yoxdur deyirlər. Mən özlüyümdə namaza nə qədər vaxtım gedir, düşünərək hesabladım. Gəlin baxaq.
Sübh namazı – 4 dəqiqə
Zöhr namazı – 8 dəqiqə
Əsr namazı – 8 dəqiqə
Şam namazı – 6 dəqiqə
Xüftən (İşa) namazı - 8 dəqiqə
Cəmi gün ərzində 24 saatın 34 dəqiqəsini Allah rizası üçün namaza sərf etməyə vaxtları yoxdursa, demək, günah onların özlərindədir. Allahtəala buyurur: “Siz namaz qılırsız mənə nə xeyiri, qılmırsız mənə nə ziyanı. Bu sizn özünüzə xeyir və ya ziyandır.”
Ancaq dünya üçün gecələr yatmayıb, gündüzlər dincəlməyib hardan olsa qazanc gətirməyə hazır olanlar var. Təki dünyada əziyyət çəkməyim. Bəs axirətin əziyyəti, əzabı necədir? Axirətin əzabının bir damlası belə bu dünyada yoxdur. Kaş ki bunu hamı anlayaydı. Əgər anlasaydılar, axirəti dünyaya dəyişməzdilər.

Bölmə: Məqalələr | Baxılıb: 574 | Əlavə edən: Nura | Reytinq: 0.0/0
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş

Axtar

Teqvim
«  Sentyabr 2014  »
B.eÇ.aÇC.aCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930

Namaz qıl

Arxiv

Qan Yaddaşı

Sayğaclar
RuToP.Ws