Cümə
26.04.2024
13:29
Xoş Gəldin Гость
RSS
 
Hər Gün Aşura, Hər Yer Kərbəla
Ana Səhifə Qeydiyyat Giriş
»
Menu

Bölmələr
Əhli Beyt (ə.s.) [6]
Dualar [1]
Hədislər [5]
Moizələr [0]
Məqalələr [6]
Hekayələr [0]
Nəsihətlər [2]
Mərsiyyələr [6]
İslamda Ailə [3]
Ramazan Ayı [3]
İslamda Əxlaq [8]
İslami Mövzular [7]
Şeir və Qəzəllər [1]
İbrətamiz Hekayələr [4]
Həqiqətlər və Batillik [1]

Mini-chat
200

Sorğu
Namaz qılırsınız?
Bütün Nəticə: 284

Milli Qəhrəman

Statistika

Onlaynda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə » 2015 » Noyabr » 21 » Təvazökarlıq haqqında hədislər
15:45
Təvazökarlıq haqqında hədislər
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

 

1825.Təvazökarlıq
6536.Allahın Peyğəmbəri (s): «Nə üçün sizdə ibadətin şirinliyini görmürəm? Dedilər: İbadətin şirinliyi nədir? Buyurdu: Təvazökarlıq.»(Nəhcül-Bəlağə, hikmət 113 )
6537.Allahın Peyğəmbəri (s): «İnsanların bəndəlikdə ən üstünü böyük olmasına baxmayaraq təvazökarlıq edən şəxsdir.»(Biharul-Ənvar, c.75, səh.120, hədis 11)
6538.Allahın Peyğəmbəri (s): «Xoş o adamın halına ki, heç bir nöqsan və çatışmazlığı olmadan Allah-taalaya görə təvazökarlıq etsin və heç bir xarlıq və acizliyi olmadan özünü həqirləşdirsin.»(Ğurərul-Hikəm, hədis 522 )
6539.İmam Əli (ə): «Təvazökarlıq kimi şərəf yoxdur.»(Biharul-Ənvar, c.75, səh.119, hədis 5 )
6540.İmam Əli (ə): «Şərəfli (və alicənab) insanın zinəti təvazökarlıqdır.(Biharul-Ənvar, c.78, səh.80, hədis 66 )
6541.İmam Əli (ə): «Təvazökarlıq (təvazökar insanın) fəzilətlərin (camaat arasında) yayılmasına səbəb olur.»(Nəhcül-Bəlağə, hikmət 228,)
6542. İmam Əli (ə): «Təvazökar ol! Çünki o ibadətlərin ən böyüklərindəndir.»(Nəhcül-Bəlağə, hikmət 406 )
6543.İmam Əli (ə): «İnsanın təvazökar olması üçün onun öz həddini bilməsi kifayətdir.»(əl-Kafi, c.2, səh.124, hədis 13 )
6544.İmam Əli (ə): «Kim varlı bir şəxsin yanına getsə və varlılığına görə onun qarşısında təzim etsə, dininin üçdə ikisi aradan gedər.»(Tuhəful-Uqul, səh.489 )
6545.İmam Əli (ə): «Allahın mükafatını əldə etmək məqsədi ilə varlıların yoxsullar qarşısındakı təvazökarlıqları necə də gözəldir! Ondan daha gözəl isə yoxsulların Allaha arxalanaraq varlılar qarşısında etinasızlıq göstərmələri və başlarını uca tutmalarıdır.»(əl-Kafi, c.2, səh.123, hədis 9 )
6546.İmam Rza (ə): «Təvazökarlıq, camaatla səninlə edilməsini istədiyin tərzdə rəftar etməyindir.»(Biharul-Ənvar, c.75, səh.118, hədis 3 )
6547.İmam Əskəri (ə): «Təvazökarlıq elə bir nemətdir ki, paxıllığı çəkilmir.»(əl-Kafi, c.2, səh.121, hədis 1 )
1826.Təvazökarlığın nişanələri
6548.İmam Sadiq (ə): «İnsanın məclisdə öz məqam və dərəcəsindən aşağı yerdə oturması təvazökarlıqdandır.»(Kənzul-Ummal, hədis 5737 )
6549.İmam Sadiq (ə) (atalarından (ə) nəql edir): «İnsanın məclisin aşağısı ilə razılaşması, rastlaşdığı hər bir kəsə salam verməsi, haqq olsa da mübahisə və qalmaqalı tərk etməsi və pərhizkar kimi təriflənməyi xoşlamaması təvazökarlıqdandır.»(Ğurərul-Hikəm, hədis 4613-4614)
1827.Təvazökarlığın səmərəsi
6550.Allahın Peyğəmbəri (s): «Həqiqətən təvazökarlıq sahibini daha da ucaldır. Odur ki, təvazökar olun ki, Allah sizi ucaltsın.»(Biharul-Ənvar, c.77, səh.287, hədis 1 )
6551.Allahın Peyğəmbəri (s): «Kim Allaha görə təvazökarlıq etsə Allah onu ucaldar. Beləliklə, o, öz nəzərində zəif, camaatın gözündə isə böyük olar. Kim təkəbbürlük etsə, özünü böyük tutsa, Allah onu alçaldar. Beləliklə o, camaatın gözündə kiçik, öz nəzərində isə böyük olar. O, camaatın gözündə hətta it və donuzdan da aşağı olar.»(Ğurərul-Hikəm, hədis 4302 )
6552.İmam Əli (ə): «Təvazökarlığın səmərəsi məhəbbət, təkəbbürlüyün səmərəsi isə söyüşdür (söyüş eşitməkdir).»(Ğurərul-Hikəm, hədis 522,523 )
6553.İmam Əli (ə): «Təvazökarlıq sən(in əynin)ə vüqar və əzəmət paltarı geyindirər.»(Biharul-Ənvar, c.78, səh.312, hədis 1 )
6554.İmam Əli (ə): «Təvazökarlıqla işlər qaydasına düşür.»(Tuhəful-Uqul, səh.399 )
6555.İmam Əli (ə): «Təvazökarlıq fəziləti yayır, təkəbbürlülük alçaqlığı üzə çıxarır.»(Biharul-Ənvar, c.78, səh.7, hədis 59 )
6556.İmam Kazim (ə): «Həqiqətən əkin torpaqda bitir, daş parçası üzərində isə bitmir. Hikmət də elədir. Təvazökar adamın qəlbində bitir, təkəbbürlü və lovğa adamın qəlbində isə bitmir. Çünki Allah təvazökarlığı ağlın, təkəbbürlüyü isə nadanlığın aləti edib.»(Ğurərul-Hikəm, hədis 301)
6557.İmam Kazim (ə): «Allah təvazökarları onların təvazökarlıqlarının miqdarında ucaltmır, əksinə onları Öz əzəmət və böyüklüyü qədər qaldırır.»(Nəhcül-Bəlağə, xütbə 147 )
1828.Təvazökarlığa nail olmaq yolunda insana kömək edən şeylər
6558.İmam Əli (ə): «Təvazökarlığa yalnız sinənin salamat olması (və pak qəlb) ilə çatmaq olar.»(Biharul-Ənvar, c.78, səh.45, hədis 50 )
6559.İmam Əli (ə): «Təvazökarlıq elmin səmərəsidir.»(Biharul-Ənvar, c.74, səh.264, hədis 3 )
6560.İmam Əli (ə): «Allahın əzəmətini tanıyan şəxsə özünü böyük hesab etmək yaraşmaz. Çünki Allahın əzəmətini tanıyan şəxslərin ucalığı Onun qarşısında təvazökar olmalarıdır.(Səfinətul-bihar, c.8, səh.525)
Bölmə: Hədislər | Baxılıb: 648 | Əlavə edən: Ya-Ali | Reytinq: 0.0/0
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş

Axtar

Teqvim
«  Noyabr 2015  »
B.eÇ.aÇC.aCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Namaz qıl

Arxiv

Qan Yaddaşı

Sayğaclar
RuToP.Ws