Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
1. Bir nəfər bir başqasına inanıb, canını ona etibar edərsə və etibar edilən tərəfindən öldürülərsə, öldürülən kafir olsa belə, mən, onu qətlə yetirəndən uzağam, o adam məndən deyildir, müsəlman deyildir.
2. Udulan şeylər içərisində Allah dərgahında ən savablısı hirslənən zaman hirsi udmaqdır.
3. Allaha, doğru sözdən daha qiymətli bir sədəqə yoxdur.
4. Kim bir xeyirli iş üçün bələdçilik edirsə, o xeyirli işin savabı qədər savaba nail olur.
5. İnsan sevdiyi adamla olmalı, yaşamalıdır və qazancı özünə aiddir.
6. Azacıq da olsa özünü şayan etdirmək belə qüsurdur.
7. Üç şey vardır ki, bunlar kimdə varsa, Tanrı onu yüngülcə sorğuya tutur və cənnətə göndərir. Kim səni bir şeydən məhrum edərsə, qızırqalanma, ver: sənə zülm edəni bağışla, səni yoxlamağa gəlməyənə sən baş çək.
8. Əsil yaxşılıq odur ki, aşkar şəraitdə, adamların gözü qarşısında gördükləini, təklikdə olanda da görəsən.
9. Həqiqət acı olsa belə danış
10. Tanrı rəhm eləsin düz danışana.
11. Həqiqətən də, Ulu Tanrı ilk sevgini qorumağı sevir.
12. Əlinə sahib ol! ( pis iş görməyə alışdırma)
13. Ağlına gələni danışmaq günaha yazılır.
14. Dilinə sahib ol! (nəyi demək, nəyi deməmək lazım olduğunu bil)
15. Nöqsanı üzə vurmaqdan çəkinin.
16. İki adam gizlicə söhbət edərsə aralarına girməyin.