Cümə axşamı
25.04.2024
22:27
Xoş Gəldin Гость
RSS
 
Hər Gün Aşura, Hər Yer Kərbəla
Ana Səhifə Qeydiyyat Giriş
»
Menu

Bölmələr
Əhli Beyt (ə.s.) [6]
Dualar [1]
Hədislər [5]
Moizələr [0]
Məqalələr [6]
Hekayələr [0]
Nəsihətlər [2]
Mərsiyyələr [6]
İslamda Ailə [3]
Ramazan Ayı [3]
İslamda Əxlaq [8]
İslami Mövzular [7]
Şeir və Qəzəllər [1]
İbrətamiz Hekayələr [4]
Həqiqətlər və Batillik [1]

Mini-chat
200

Sorğu
Namaz qılırsınız?
Bütün Nəticə: 284

Milli Qəhrəman

Statistika

Onlaynda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə » 2012 » Oktyabr » 24 » İmam Əlidən (ə) azğınlığın səbəbləri barədə
15:07
İmam Əlidən (ə) azğınlığın səbəbləri barədə
İmam Əli (ə) azğınlığın səbəbləri barədə:

İmam Əli (ə): "Hər azğınlıqçün bir səbəb və hər əhdi sındırmaq üçün bir şübhə var"

İmam Əli (ə): "Bilin ki, dinin hökmləri (şəriət) vahid və yolları məqsədə çatdırandır. Kim bu yollara qədəm qoysa, məqsədə çatar və xeyir qazanar. Kim bu yolları getməkdən imtina etsə, azğın və peşiman olar". 

İmam Əli (ə): "Peyğəmbərimizin əhli-beytinə baxın, onların yol və üslubundan ayrılmayın... Onlardan qabağa keçməyin ki, yolu azarsınız və onlardan geri də qalmayın ki, məhv olarsınız". 

İmam Əli (ə): "Kim hidayəti, onun əhli olmayandan istəyərsə, yolunu azar". 

İmam Əli (ə): "Allah yanında ən pis insan, özü azğın və başqalarının azğınlığına səbəb olan, əməl olunan sünnəni aradan götürən və tərk olunmuş bidəti bərpa edən zalım rəhbərdir". 

İmam Əli (ə): "Allahın yanında iki nəfər ən nifrət olunmuş şəxs var. Bunlardan biri Allahın onu özbaşına buraxdığı şəxsdir. Belə şəxs doğru yoldan azmış və qəlbini bidətəbənzər sözlərə, azdırıcı dəvətlərə bağlamışdır. Buna görə də, ona aldanan şəxslərin fitnə və fəsadına səbəb olur. O, ata-babalarının doğru yolundan çıxıb və öz ardıcıllarını azdırır. Həyatı zamanı və ölümündən sonra başqalarının günahlarının yükünü öz çiyninə çəkər və xətalarının girovu olar..". 

İmam Əli (ə) (münafiqləri təsvir edərkən): "Sizi münafiqlərdən uzaq durmağa çağırıram. Çünki onlar həm özləri azıblar, həm də başqalarını azdırarlar, özləri büdrəyiblər və başqalarını da büdrədərlər". 

İmam Əli (ə): "Çətinliyə düşəndə Qurandan kömək alın. Çünki Quran ən böyük dərdlərin -yəni küfr, nifaq, əyinti və azğınlıq kimi dərdlərin şəfasıdır". 

İmam Əli (ə): "Bu İslam Allahın dinidir, onu özünüzçün seçin... və onun əsasları azğınlığın əsaslarını viran edər".
Bölmə: Əhli Beyt (ə.s.) | Baxılıb: 1251 | Əlavə edən: Ya-Ali | Reytinq: 5.0/1
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş

Axtar

Teqvim
«  Oktyabr 2012  »
B.eÇ.aÇC.aCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031

Namaz qıl

Arxiv

Qan Yaddaşı

Sayğaclar
RuToP.Ws