Ən iti göz, xeyri görən; ən gözəl eşidən qulaq;nəsihətləri dinləyib ondan faydalanan; və ən möhkəm ürək də şübhələrdən təmizlənəndir.
Rəbbiylə özü arasında olan şeylər haqqında, ağıllı davranan heç kim görmədim.
İbadət etmək istəyən, onun üçün təmizlənməlidir.
Nemətə şükr etməmək alçaqlıqdır.
Müstəhəb əməllər, fərzləri əngəllərsə onları buraxın.
Yəqin, qurtuluşun sığınacağıdır.
Səfərin uzaqlığını xatırlayan ona hazırlanar.
Müşavirə edən bir qövm, mütləq kamala çatar.
Hər vaxtı bitən şəxs, möhlət tələb edərkən fürsəti olan adam, bunun dəyərini bilməyərək işlərini sonraya saxlamaqla özünü əyləndirər.
Öyüdün sizə çatmasını əngəlləyən qürur pərdəsidir. Qürur və eqoizm qalxmadıqca öyüd təsirli olmaz.
Elm, öyrənənin bəhanəsini ortadan qaldırar.Çünki insan cahil olduğu müddətcə bəhanə göstərə bilər; əlbəttə hər cahil deyil.
Nemət içərisində olduğunda Allaha şükr etmək, bir müsibət gəlib çatdığında səbirli olmaq, şəri olmayan bir xeyrdir.
Ey Allahın qulları! İbrət, öyüd-nəsihət alın və keçmişdəkilərin arxada qoyduqları əsərləri ibrət dərsi olaraq götürün. Bu qədər nemətlərin şükrü üçün günahlardan uzaq durun və nəsihətlərdən faydalanın. Allahın kömək və sığınacaq, Quranın da dəlil və şikayətçi, Cənnətin savab, Cəhənnəmin də cəza və işgəncə olması insana öyüd-nəsihət olaraq yetərlidir.
Ey Allahın qulları! Allahdan qorxun. Qurtuluş və səadət tələb edin və qocalıq dövrü çatmadan ciddiyyət göstərin. Əzab parçaları enmədən və ləzzətləri yox edici ölüm çatmadan əvvəl əməl etməyə tələsin. Çünki dünya nemətlərinin davamı olmayan, müsibətlərinə əmin olunmayan, pisliklərindən qaçınılamayan aldadıcı bir əngəl və əyri, etibarsız bir dayanacaqdır.