Həm də heç ümid etmədiyin bir anda, heç gözləmədiyin bir yerdə.
Bax o zaman ümidlərin tükənəcək, dünyan qaralacaq, göz qapaqların heç açılmamaq üzrə bağlanacaq, aglaşanları eşidə bilməyəcək qədər karlaşacaqsan. Ürəyindən heç bir səs gəlməyəcək, nəbzin heç atmayacaq. O qürurla, qürurla, firon kimi tozları sovurduğun ayaqlarının macalı kəsiləcək, nə qədər günahlar işlədiyin əllərin iki yanında mıxlanılmış kimi dayanacaqlar.
O xain gülüşün ilə, heç solmayacaqmış kimi dayanan üzün büzülüb solacaq bir əda və abus bir çöhrə ilə tərk edəcəksən o çox sevib, uğruna ən qiymətli şeylərini tərəddüdsüz fəda etdiyin dünyanı…
Və tərk ediləcəksən dostların tərəfindən, kürəklərindən atılan torpağın altında buraxılaraq!
Nə nəsilin, nə malın, nə canın, nə rütbən, nə də dünyəvi dostların heç bir təsəlli verə bilməyəcəklər sənə…
O dəm səslər kəsiləcək, tək rəngli dünyana köç edəcəksən!
Qışqırmaq istəyəcəksən qışqıra bilməyəcəksən, peşman olduğunu dəfələrlə qışqırmaq istəyəcəksən, dilin tutulacaq…
Geri dönmək istəyəcəksən, ‘Bir dəfə daha!' deyəcəksən.
Qapılarn sıx bağlı olduğunu görəcəksən.
Hıçqıra hıçqıra ağlamaq istəyəcəksən, gözündən tək damla yaş axmadığını görəcəksən.
Öz-özünə heiflənib, beş pul qiyməti olmayacaq serzenişlerde tapılacaqsan.