Cümə
29.03.2024
16:39
Xoş Gəldin Гость
RSS
 
Hər Gün Aşura, Hər Yer Kərbəla
Ana Səhifə Qeydiyyat Giriş
»
Menu

Bölmələr
Əhli Beyt (ə.s.) [6]
Dualar [1]
Hədislər [5]
Moizələr [0]
Məqalələr [6]
Hekayələr [0]
Nəsihətlər [2]
Mərsiyyələr [6]
İslamda Ailə [3]
Ramazan Ayı [3]
İslamda Əxlaq [8]
İslami Mövzular [7]
Şeir və Qəzəllər [1]
İbrətamiz Hekayələr [4]
Həqiqətlər və Batillik [1]

Mini-chat
200

Sorğu
Namaz qılırsınız?
Bütün Nəticə: 284

Milli Qəhrəman

Statistika

Onlaynda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə » 2012 » Noyabr » 1 » Axirət aləminə səyahət- Iki surə əvəzinə iki hədiyyə
22:34
Axirət aləminə səyahət- Iki surə əvəzinə iki hədiyyə
AİLƏMLƏ GÖRÜŞ VƏ KƏDƏRLİ XƏBƏRLƏR

İstər-istəməz, cümə axşamı ailəmin mənzilinə getdim. Gördüm ki.... arvadım ərə gedib və yeni ərinin işlərini görməklə məşğuldur. Övladlarım isə dağılışıblar.
Bir müddət budaqda oturdum. Məyus olub qalxdım. Küçə divarının üstündə oturub, yoldan ötənlərə baxmağa başladım. Onlar dolanışıq, ticarət işlərindən danışırdılar. Ürəyim dərdlə doldu, düşündüm ki, diri insan öz aqibəti, qarşıdakı günləri barədə fikirləşsəydi, yaxşı olardı. Bütün vaxtını əyləncələrə, arvad-uşağın istəklərinə sərf etməzdi. Əcəb qəflət və cəhalətli dünyadır! Necə ağırdır ki, kişi həmişə ona tamah gözüylə baxmış arvada, uşaqlara möhtac olsun. Necə də vəfasızlıqdır ki, əlimin yerdən-göydən üzüldüyü bir vaxtda onlar məni yada salmırlar. Peyğəmbər (s.ə.v.v) bizi nə yaxşı xəbərdar edib, buyurdu… "Axır zamanda kişinin həlakı arvadının əliylədir. Əgər arvadı olmasa, qohumlarının, övladlarının əli ilə həlak olacaqdır.” Amma nə faydası?! Oyanmadıq, ayılmadıq, öz aqibətimizi düşünmədik.
Birdən gördüm ki, qarşıdakı evin üstə yeni adaxlanmış oğlan və qız nəvələrim oturub, meyvə yeyir, söhbət edirlər.
Biri dedi… Bu ağacları atam əkib, indi torpaq əsiridir. Biz isə onun meyvələrini yeyirik.
O biri dedi… Bədbəxt, indi o behiştdə bu üzümlərdən də yaxşısını yeyir. Allah rəhmət etsin. Uşaqlıqda bizimlə nə qədər zarafat edərdi!
Əvvəlki dedi… Doğrudan da bizi çox istəyirdi, arabir pul verir, bizi sevindirirdi. Allah onu sevindirsin!
O biri dedi… Biz nə vaxt kitab, kağız, qələm istəyirdiksə, babam bizə alırdı. Ata-anamız heç etina etmirdilər.
Yenə əvvəlki dedi… Əslində bizi alim (dini alim) edən o oldu. Çünki özü alim idi və alimlikdən də xoşu gəlirdi. Bu gün cümə axşamıdır. Hərəmiz onun üçün bir Quran surəsi oxuyaq. Mən "Həl-əta” surəsini, sən isə "Duxan” surəsini oxuyaq.
Onlar surələri oxuyub qurtaranadək orada dayandım. Allah bilir ki, nə qədər şad oldum. Onların bərəkəti üçün dua edib, geri qayıtdım.


İKİ SURƏ ƏVƏZİNƏ İKİ HƏDİYYƏ

Gördüm ki, Hadi at gətirib, üstünə xurcun bağlayıb, tərpənməyə hazırlaşır.
Dedim… Bu xurcun hardandır?
Dedi… Bir mələk gətirdi. Dedi ki, bir gözündəki hədiyyə Həzrət Zəhradan (ə.s) ona məxsus "Duxan” surəsinin tilavəti səbəbindən, o biri gözündəki hədiyyə isə Əliyyibni Əbu Talibdən (ə) ona məxsus "Həl-əta” surəsinin tilavətinə görə göndərilib.
Tapşırıblar ki, Bərəhutdan lap uzaq yolla gedək, onun səmum küləyi bizi tutub, təsir etməsin.
Dedim… Hadi, biz xurcunun ağzını açıb, onların hədiyyəsini görə bilmərik?
Dedi… Bu, yolun ehtiyaclarındandır. Nə zaman ehtiyacımız olsa, onda açılacaq. İstəyirsən hərəkətə başlayaq?
Dedim… Nə gözəl səadət!
Ata süvar oldum, yola düşdük.
Yol arası Hirs torpağına çatdıq. Çirkin it şəklində, üfunətli, bəzisi kök, bəzisi arıq, bəzisi qotur bir tayfayla rastlaşdıq. Səhra leşlə dolu idi. Üfunət göyə qalxmışdı. Hər leşin başında bir it dəstəsi yığışıb, bir-biriylə didişir, bir-birlərinə yemək macalı vermirdilər. Axırda hamısı yorulub yıxılır, leş yerdə qalırdı.
Zorlu, qüvvəli başqa bir dəstə zəifləri qovub, özləri yeməyə girişirdilər. Bir şey yeməyə macal tapmamış başqaları hücum çəkib, leşlərin üstündə bir-birlərini parçalayırdılar. Hərə özü üçün əlləşdiyindən hətta ikisi belə qoşa yola getmirdilər. Səhrada savaş itlərindən yeddi qoşun vardı.
Dünya bir leşdir, onu istəyənlər, ona məftun olanlarsa bir it! Bəziləri leşdən yeyəndən sonra ağızlarından tüstü, arxalarından od çıxırdı. Yeyənlər tənha idi. Çünki bir günə düşürdülər ki, başqa itlər onlara yaxınlaşmırdı.
Hadi dedi… Bunlar yetim malını yeyənlər və rüşvətxorlardır.
"Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar alovlu Cəhənnəmə girəcəklər.” 
Dedim… Hadi, bizə tapşırılmışdı ki, Bərəhut səhrasından uzaq keçək. Deyəsən, yolu səhv salmışıq.
Dedi… Yox, səhv salmamışıq, gördüyün Bərəhutun kənarıdır və onun həlakedici səmumu bizə çatmaz.
Hirs çölündən çıxıb, su kənarından keçdik və həsəd ərazisinin kənarına çatdıq.
Bölmə: İbrətamiz Hekayələr | Baxılıb: 1457 | Əlavə edən: Ya-Ali | Reytinq: 0.0/0
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş

Axtar

Teqvim
«  Noyabr 2012  »
B.eÇ.aÇC.aCŞB
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Namaz qıl

Arxiv

Qan Yaddaşı

Sayğaclar
RuToP.Ws