Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
ALLAHın dinini ətrafımızdakı insanlara izah etməyə çalışırıq. Qurandan öyrəndiyimiz məlumatları yoldaşlarımıza və dostlarımıza öyrədirik. Bəziləri bizi ciddi qəbul edir və dinləyir, bəziləri isə nağıl izah edirmişik kimi hərəkət edir. Təbii olaraq insan, sevdiklərinin inanmasını və ona görə davranmasını gözləyir, amma xeyri yoxdu, inanmayan yenə inanmır. Peyğəmbərimiz (s.ə.s) də dini izah etdiyi hər kəsin inanmasını istəmişdi, ancaq gələn ayədən də bildiyimiz kimi, ALLAH, Peyğəmbər( s.ə.s) istəsə belə, hər kəsin dinə və ALLAHa inanmayacağını, bunun üçün kədərlənməməsi lazım olduğunu deyir. Bizlər də dini izah etdiyimiz kəslərin inanmağını çox istəyirik, amma olmayınca olmur. Bu arada özümdən və ətrafımdan da gördüyüm qədəriylə, hər kəsə izah etdiyimiz dinimizi ailəmizə izah etməkdə zəif davranırıq. Bunun bir neçə səbəbi ola bilər ki, məncə də ən əhəmiyyətli səbəbi, bizlərin ailələrin böyükləri tərəfindən ciddiyə alınmama qorxusu...
Nə olursa olsun, Qurandan öyrəndiklərimizi ailələrimizlə də paylaşmalıyıq. Onlara Quran ayələrindən və dindən bəhs etməliyik. Sonra çox gec ola bilər və bizlər kədərlənə bilərik. Ayrıca bildiyimiz bir şeyi ailəmizə izah etmək kimi bir məsuliyyətimiz də var. Axirətdə bunun hesabını verə bilmərik. Onlar bizi dinləmir görünsələr belə, öz-özlərini sorğulaya bilərlər.
Ailənizə dininizi izah edin, onlar qarşı çıxsalar belə...