Cümə
29.03.2024
14:20
Xoş Gəldin Гость
RSS
 
Hər Gün Aşura, Hər Yer Kərbəla
Ana Səhifə Qeydiyyat Giriş
»
Menu

Bölmələr
Əhli Beyt (ə.s.) [6]
Dualar [1]
Hədislər [5]
Moizələr [0]
Məqalələr [6]
Hekayələr [0]
Nəsihətlər [2]
Mərsiyyələr [6]
İslamda Ailə [3]
Ramazan Ayı [3]
İslamda Əxlaq [8]
İslami Mövzular [7]
Şeir və Qəzəllər [1]
İbrətamiz Hekayələr [4]
Həqiqətlər və Batillik [1]

Mini-chat
200

Sorğu
Namaz qılırsınız?
Bütün Nəticə: 284

Milli Qəhrəman

Statistika

Onlaynda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə » 2014 » Sentyabr » 24 » Surələrin savabı
14:10
Surələrin savabı

“Muhəmməd” surəsi
İmam Sadiq (ə) buyurmuşdur: “Muhəmməd” (s.v.s) surəsini oxuyan şəxs ölənə qədər (haqqı batildən ayırmaqda) əsla şəkkə düçar olmaz, Allah ona kasıbçılıq göstərməz və heç bir sultan qorxusu ona yol tapa bilməz. Elə ki, həmən şəxs öldü Allah min mələyə onun üçün namaz qılmağı əmr edər, namazların savabını ona verər və mələklər onun dəfnində iştirak edərlər. Qiyamətdə də Allahın hüzurunda olar.
“Fəth” surəsi
İmam Sadiq (ə) buyurmuşdur: Mal - dövlət, arvad – uşaq və kənizlərinizin tələf olmasının qarşısını “Fəth” surəsini oxumaqla alın. Kim bu surəni oxusa qiyamətdə uca səslə (bu səsi qiyamətdəkilərin hamısı eşidəcək) ona deyiləcək. Sən mənim ixlaslı, pak ürəkli bəndələrimdənsən. Gəl mənim saleh bəndələrimə qoşul və Cənnətimə keç. Mələklərə xitab olunacq ki, ona gözəl ətirli, heç kəsin əli dəyməmiş qablarda kafur qatılmış şərab içirin.
“Yasin” surəsi
Savabı həddən artıqdır. Hər şeyin bir qəlbi var, Quranın qəlbi də “Yasin” surəsidir. Bu surə axşam düşməmiş oxu, axşam düşməmiş ruzun yetişir.
“Yunis” surəsi
İmam Sadiq (ə) buyurmuşdur: Kim 2-3 aydan bir “Yunis” surəsini oxusa onun heç bir qorxusu olmaz. Dünyada mücahidlərdən, qiyamətdə isə Allahın yaxın bəndələrindən olar.
“Hud” surəsi
İmam Baqir (ə) buyurmuşdur: Kim hər cümə günü “Hud” surəsini oxusa Peyğəmbər(s.v.s) - lə bir yerdə olar, hesab asan olar və onun nə günah etdiyi məlum olmaz.
“Yusif” surəsi
İmam Sadiq (ə) buyurmuşdur: Kim “Yuif” surəsini hər gecə, ya gündüz oxusa Allah qiyamətə onu Yusif peyğəmbər (ə) –ın gözəlliyində gətirər, qiyamətin qorxusu ona təsir etməz və Allahın ən yaxşı bəndələrindən olar.
“Şura” surəsi
Kim daima “Şura” surəsini oxusa, Allah qiyamətdə onun sifətini qar və ya günəş kimi ağ edər. Ona nida edib deyər: “Ey mənim bəndəm! “Şura” surəsini oxudun, lakin onun savabından xəbərin yox idi. Əgər onun savabını bilsəydin heç vaxt onu oxumaqdan yorulmazdın. İndi mən onun savabını sənə verəcəyəm.”

Bölmə: Məqalələr | Baxılıb: 637 | Əlavə edən: Nura | Reytinq: 0.0/0
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş

Axtar

Teqvim
«  Sentyabr 2014  »
B.eÇ.aÇC.aCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930

Namaz qıl

Arxiv

Qan Yaddaşı

Sayğaclar
RuToP.Ws