Cümə axşamı
25.04.2024
19:34
Xoş Gəldin Гость
RSS
 
Hər Gün Aşura, Hər Yer Kərbəla
Ana Səhifə Qeydiyyat Giriş
»
Menu

Bölmələr
Əhli Beyt (ə.s.) [6]
Dualar [1]
Hədislər [5]
Moizələr [0]
Məqalələr [6]
Hekayələr [0]
Nəsihətlər [2]
Mərsiyyələr [6]
İslamda Ailə [3]
Ramazan Ayı [3]
İslamda Əxlaq [8]
İslami Mövzular [7]
Şeir və Qəzəllər [1]
İbrətamiz Hekayələr [4]
Həqiqətlər və Batillik [1]

Mini-chat
200

Sorğu
Namaz qılırsınız?
Bütün Nəticə: 284

Milli Qəhrəman

Statistika

Onlaynda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə » 2015 » Noyabr » 22 » Səbrin növləri
14:29
Səbrin növləri
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
 
Həzrət Peyğəmbər (s) buyurur: “Səbr üç qismdir: Müsibətə səbr, ibadətə səbr, günaha batmamaqda səbr.” (“Biharul-ənvar”, c.: 71, səh. 77, rəv. 12) İnsan bə’zən kasıblıq, xəstəlik, ayrılıq kimi müxtəlif çətinliklərlə qarşılaşır. Belə məqamlarda səbr etmək zəruridir. Belə bir səbr “müsibətə səbr” adlanır. Bə’zən isə şəhvət, qəzəb, tamah insanı düz yoldan azdırır. Belə məqamlarda səbr etməyi bacaran insan günahdan qoruna bilir. Bu növ səbr “günaha batmamaqda səbr” adlanır. 
Digər bir səbr isə “ibadətə səbrdir”. Allaha itaət bə’zən çətin olur. Məsələn, vəzifə olaraq elm öyrənmək asan iş deyil. Alim olmaq isə daha da çətindir. Amma sadəcə elm ilə yüklənmək bir o qədər də çətin deyil. Çətin olan işin ilahi niyyətlə görülməsidir. Məsəl var ki, alim olmaq asandır, insan olmaq çətin. Mərhum hacı Şeyx Əbdülkərim (r) bu məsələ belə bir düzəliş vermişdir: “Alim olmaq çətindir, insan olmaq qeyri-mümkün”. Bəli, ilahi niyyətlə elm öyrənmək asan deyil. Bu yolda saysız çətinliklər, dolambaclar var. Allahın razılığını qazanmaq istəyən adam çətinliklərə təslim olmur, məqsədinə çatmaq üçün bütün maneələri dəf edir. 
Həzrət Peyğəmbər (s) buyurur: “Səbr imanın yarısıdır.” (“Biharul-ənvar”, c.: 82, səh. 137, rəv. 22)İmam Sadiq (ə) buyurur: “Səbr imanın başıdır.” (“Kafi”, c.: 2, səh. 87, rəv. 1) Bu sözlərdə heç bir mübaliğə yoxdur. Allahın razılığını qazanmaq, Əlinin (ə) şiəsi olmaq istəyən kəs çətinliklərə adət etməlidir. Unutmamalıyıq ki, səbr xasiyyət olaraq bir anda yaranmır. Çətinliklərə adət etmək üçün insan kənara çəkilməməli, qovğalar meydanında olmalıdır. Nəfsə hakim olmaq üçün ləzzətli təamlardan çəkinmək o vaxt faydalıdır ki, insan həmin təamlarla bəzədilmiş süfrə arxasında oturmuşdur. Belə bir süfrə arxasında oturan insan özünü tərbiyə edə bilər. 
İnsan günahdan qorunmaq üçün günah sərhəddinə yaxınlaşmamağa çalışmalıdır. Sərhəd kənarında dayanmış insan kiçik bir hərəkətlə günah uçurumuna yuvarlana bilər. Demək, doğru yoldan sapmamaq üçün haram sərhəddinə yaxın bə’zi halallardan da çəkinmək lazım gəlir. “Quyuya düşməmək üçün quyudan bir qədər aralı dayanın.” (“Kənzül-ə`mal”, c.: 1, səh. 729)
Beləcə, haram eşitməmək üçün şübhəli sözlərə də qulaq asmayın. Unutmayın ki, quyuya yaxın dayandıqca ona yumbalanmaq ehtimalı çoxalır. Harama yol verməmək üçün daha e’tibarlı hədlər qoyun, haramla məsafə saxlayın. Kimi ramazan ayında şam azanını eşidən kimi orucunu açır, kimi isə bir qədər səbr edir “Səbr imanın yarısıdır.”
Bölmə: İslami Mövzular | Baxılıb: 1636 | Əlavə edən: Ya-Ali | Теги: sebr | Reytinq: 0.0/0
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş

Axtar

Teqvim
«  Noyabr 2015  »
B.eÇ.aÇC.aCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Namaz qıl

Arxiv

Qan Yaddaşı

Sayğaclar
RuToP.Ws