Cümə
19.04.2024
11:21
Xoş Gəldin Гость
RSS
 
Hər Gün Aşura, Hər Yer Kərbəla
Ana Səhifə Qeydiyyat Giriş
»
Menu

Bölmələr
Əhli Beyt (ə.s.) [6]
Dualar [1]
Hədislər [5]
Moizələr [0]
Məqalələr [6]
Hekayələr [0]
Nəsihətlər [2]
Mərsiyyələr [6]
İslamda Ailə [3]
Ramazan Ayı [3]
İslamda Əxlaq [8]
İslami Mövzular [7]
Şeir və Qəzəllər [1]
İbrətamiz Hekayələr [4]
Həqiqətlər və Batillik [1]

Mini-chat
200

Sorğu
Namaz qılırsınız?
Bütün Nəticə: 284

Milli Qəhrəman

Statistika

Onlaynda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə » 2015 » Noyabr » 22 » Qəzəb və əsəbilik
18:00
Qəzəb və əsəbilik
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
 
Duyğusallıq qadınlarda daha çox hüzn, pessimizm, ağlama, şikayətlənmə şəklində özünü büruzə verərkən, kişilərdə də əksəriyyətlə qəzəb, əsəbilik, təcavüzkarlıq şəklində özünü göstərir. Məsələn, duyğusal bir kişi avtoparkda özünə ayrılmış yerdə başqasının avtomobilini görüncə qışqırıb çığıraraq avtomobili təpikləyər. Ya da yolda gedərkən bir kimsənin səhvən çiyninə toxunması asanlıqla onun hiddətlənməsinə gətirib çıxarar. Və ya evdən çıxarkən açarı evdə unudan uşağına, telefonda onu gözlədən katibəyə, nəqliyyatdakı maşınlara əsəbləşib ağzına gələni söyləyə bilər. Ağıllı bir insanın asanlıqla həll edə biləcəyi problemlər, hətta ağlına belə gətirməyəcəyi yüzlərlə detal qarşısında duyğusal insan şişirdilmiş və lüzumsuz reaksiyalar verər. Çox vaxt da özünə zərər verərək gözdən salar.
Kişilərdə qəzəb və əsəbilik şəklində yaşanan duyğusallıq "cavanlıq mədəniyyəti" adı verilən ruh halını daşıyan müəyyən bir ictimai qrupu meydana gətirir. Bu mədəniyyəti özündə əks etdirən qrupda hirs, romantizm zehniyyətinin qarışığı olan romantikliyin bir növü hakimdir. Bu insanlar əsasən qeyri-stabil, hər an, hər cür təcavüzkar davranış göstərən bir quruluşa malikdir. Bir anlıq əsəb nəticəsində qarşısındakını yaralaya və ya öldürə bilərlər. Bəzən qarşısındakı insan heç tanımadığı bir insan ola bilər. Qəzetlərin üçüncü səhifələri bu kimi insanların çıxardıqları hadisələr və işlədikləri cinayətlərlə doludur. Şən başlayan bir axşamın sonunda birdən əsəbləşib yoldaşlarını, yaxınlarını döyə bilər, küçədə gedərkən özlərinə "tərs baxdığı" üçün tanımadıqları bir insanı bıçaqlaya bilərlər. Bir an üçün azğın eqoist duyğularına tabe olmaları, həyatlarının geri qalan hissəsini həbslərdə keçirmələrinə yol aça bilər. Daha da əhəmiyyətlisi, Allah Qatında haqsız yerə bir insanı öldürdüyü üçün böyük bir günah işləmiş olarlar. 
Əsəbi duyğusallıq son dərəcə dəhşətli nəticələr doğura bilən, hər an partlamağa hazır potensial bir təhlükədir. Duyğusal bir insan nəqliyyatda ona qarşı edilən yanlış bir hərəkət, ya da tanımadığı birinin narahatedici baxışı və ya çox adi bir səhv üzündən hirslənib başına müxtəlif dərd və bəlalar aça bilər.
Xüsusilə xaricdə rast gəlinən bəzi tərəfdarların göstərdikləri vəhşiliklər də tərəfdarlığın verdiyi duyğusallığın yol aça biləcəyi ağılsızlıq ölçüsünə bir nümunədir. Bıçaq və çubuqlarla silahlanaraq heç tanımadıqları insanlara hücum edən və öldürənə qədər döyən insanlar şeytanın duyğusallıq silahı ilə ağıl və şüurlarını korlaşdırdığı və cəmiyyətə təlqin etdiyi bir bəla halına gəlmişlər. Halbuki Allah insanlara şeytandan çəkinməyi, döyüş və qəzəbi deyil, sülh və təhlükəsizliyi axtarmağı əmr etmişdir:

Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (Bəqərə surəsi, 208)

Burada yenə duyğusallıqla ağıl arasındakı fərqi ayırd etmək lazımdır. Zülmə və pisliyə duyulan qəzəb və nifrət insanı ədalət, sülh və yaxşılıq mövzusunda daha çox həssas olmağa, zülmü və pisliyi ortadan qaldırmağa, zalımlara mane olmağa, günahsız və acizlərin haqlarını qorumağa yönəldər. Allahın insanlara verdiyi bu ədalət duyğusu ağıl və iradə ilə istiqamətləndirməlidir. Ağıl və iradədən məhrum insanlar iradə göstərib duyğularını tənzimləməzlər və doğru yoldan azaraq şeytanın istədiyi istiqamətə yönələrlər. Allah bir başqa ayəsində insanları şeytana qarşı belə xəbərdar etmişdir:

Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. (Nur surəsi, 21)
Bölmə: İslami Mövzular | Baxılıb: 2509 | Əlavə edən: Ya-Ali | Теги: islamda qadin, Quranda qadin, qurani kerim, eseblilik ve qezeb, islamda ailə | Reytinq: 0.0/0
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş

Axtar

Teqvim
«  Noyabr 2015  »
B.eÇ.aÇC.aCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Namaz qıl

Arxiv

Qan Yaddaşı

Sayğaclar
RuToP.Ws