Şənbə
20.04.2024
12:33
Xoş Gəldin Гость
RSS
 
Hər Gün Aşura, Hər Yer Kərbəla
Ana Səhifə Qeydiyyat Giriş
»
Menu

Bölmələr
Əhli Beyt (ə.s.) [6]
Dualar [1]
Hədislər [5]
Moizələr [0]
Məqalələr [6]
Hekayələr [0]
Nəsihətlər [2]
Mərsiyyələr [6]
İslamda Ailə [3]
Ramazan Ayı [3]
İslamda Əxlaq [8]
İslami Mövzular [7]
Şeir və Qəzəllər [1]
İbrətamiz Hekayələr [4]
Həqiqətlər və Batillik [1]

Mini-chat
200

Sorğu
Namaz qılırsınız?
Bütün Nəticə: 284

Milli Qəhrəman

Statistika

Onlaynda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə » 2013 » Iyul » 22 » Imam Əli (ə) kəlamları
17:58
Imam Əli (ə) kəlamları
İmam Əli (ə) buyurmuşdur: "Görmək gözlə deyil. Çünki bəzən gözlər öz sahibinə yalan deyir. Amma ağıl ondan öyüd nəsihət istəyənə xəyanət etmir."

" Övladın atanın, eləcədə atanın övladın boynunda haqqı vardır . Atanın övladın boynunda olan haqqı budur ki, o, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha itaətsizlikdən başqa hər bir şeydə ataya tabe olmalı itaət etməlidir. Övladın atanın boynunda olan haqqı isə budur ki, ona yaxşı ad qoysun onu ədəbli və gözəl əxlaqlı tərbiyə etsin və ona Qur`an öyrətsin."

"Xəlvətlərdə Allaha qarşı günah etməkdən çəkinin . Çünki şahid, hökm edənin özüdür."

Eyb və nöqsan sifətlərdən pak və uzaq ola Allah varlıların mallarında yoxsulların ruzilərin vacib edib. Buna görə də varlı ondan əsirgəməsə yoxsul ac qalmaz. Ehtiyacsızlığı mütləq olan Allah onları bu işə görə sorğu-sual edəcəkdir."

Allahın Adəm övladının üzr və bəhanəsini qəbul etdiyi yaş həddi altmış yaşdır."

" Sizin, eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah üçün yerinə yetirməli olduğunuz ən az şey, Ona qarşı günah işlədərkən Onun nemətlərindən kömək istəməyinizdir."

Kim ehtiyacından möminin yanında gileylənsə, sanki gileyini Allaha deyib. Amma kim həmin ehtiyacından kafirə gileylənərsə, sanki Allahdan gileylənib."

"Bəndənin iki şeyə arxalanması yaraşmaz sağlamlıq və varlılıq, onu sağlam gördüyün əsnada birdən xəstələnər, varlı gördüyün əsnada birdən yoxsullaşar."

Ola bilməz ki, Allah bəndəsinin üzünə şükür qapısını açsın, amma artım qapısını onun üzünə bağlasın; dua və istəmək qapısını açsın, amma rəva olmaq qapısını üzünə bağlasın; tövbə qapısını açsın, amma bağışlamaq qapısını onun üzünə bağlasın."

" Nə çox gündüzə üz tutan ki, ona arxa çevirə bilməz. Nə çox gecənin əvvəlində qibtə edilən ki, gecənin axırında ona ağlayanlar ayağa qalxdılar."

Ləzzət və şadlıqların kəsilməsini və günahların qalmasını yada sal."

Ruzi iki cürdür: biri səni axtarır, digərini isə sən axtarırsan. Buna görədə kim dünyanı istəsə ölüm onu axtarar, arxasınca düşər ki, dünyadan çıxarsın. Amma kim axirəti istəsə dünya onu axtarar ki, o, öz ruzisini ondan tam şəkildə alsın."

"Möminin sevinci üzündə, kədəri isə qəlbindədir. Sinəsi hər şeydən genişdir, nəfsi hər şeydən xardır; itaətsizlikdən zəhləsi gedir, riya və gözəgirənliyə nifrət edir, kədəri uzun səy və təlaşı yüksəkdir, dinməzliyi çox, vaxtı məşğul, şükür edən və çox səbrlidir. Öz fikir və düşüncəsində qərq olub, öz istəyində simiclik edir, xasiyyəti yumşaq, təbiəti mülayimdir, O, quldan xar olmasına baxmayaraq, nəfsi möhkəm daşdan da bərkdir."
Bölmə: Əhli Beyt (ə.s.) | Baxılıb: 1540 | Əlavə edən: Ya-Ali | Reytinq: 5.0/1
Bütün Şərhlər: 3
3 nargiz  
MEN SUUNI OLSAMDA ELININ YOLU ILE GEDENLERDENEM... VARMI MENI KIMILERi cox sunniler var vahabilesir ele olmagdansa sielesmeyi isderem....

2 nargiz  
ALLAH HEC BIR GULUNU DARDA GOYMAZ. GOYSADA,BUNUN OZU BIR HIKMETDIR...

1 nargiz  
salam olsun hz.elie ve onun humetinen olanlara....

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş

Axtar

Teqvim
«  Iyul 2013  »
B.eÇ.aÇC.aCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031

Namaz qıl

Arxiv

Qan Yaddaşı

Sayğaclar
RuToP.Ws