Cümə
19.04.2024
07:12
Xoş Gəldin Гость
RSS
 
Hər Gün Aşura, Hər Yer Kərbəla
Ana Səhifə Qeydiyyat Giriş
»
Menu

Bölmələr
Əhli Beyt (ə.s.) [6]
Dualar [1]
Hədislər [5]
Moizələr [0]
Məqalələr [6]
Hekayələr [0]
Nəsihətlər [2]
Mərsiyyələr [6]
İslamda Ailə [3]
Ramazan Ayı [3]
İslamda Əxlaq [8]
İslami Mövzular [7]
Şeir və Qəzəllər [1]
İbrətamiz Hekayələr [4]
Həqiqətlər və Batillik [1]

Mini-chat
200

Sorğu
Namaz qılırsınız?
Bütün Nəticə: 284

Milli Qəhrəman

Statistika

Onlaynda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə » 2012 » Oktyabr » 26 » İNSAN «MƏSULİYYƏTLİ» BİR VARLIQDIR
19:22
İNSAN «MƏSULİYYƏTLİ» BİR VARLIQDIR
İNSAN «MƏSULİYYƏTLİ» BİR VARLIQDIR

İnsan agah, mürəkkəb və muxtar (ixtiyar sahibi) olduğu üçün məsuliyyət sahibi olan bir varlıqdır. Onda olan bu imkan və xüsusiyyətlər onu məsuliyyətli bir varlıq olmaq, yəni ona öz gələcək həyatını qurmaq imkanlarını vermişdir. Şəhid Mütəhhəri insanda bu xüsusiyyətlərin onun məsuliyyətli olmasına səbəb olduğunu təsdiqləyərək söyləyir: İnsanın öz gələcək həyatını təyinetmə xüsusiyyətinə malik olması onda olan üç xislətdən irəli gəlir:
1. Onun dünya və ətraf mühitə baxışı və agahlığın geniş olması; İnsan elm gücü ilə dünyaya baxış və agahlıq dairəsini genişləndirib, təbiətin dərinliklərini dərk etməyə çalışır. O, bu yolla təbiətin qanunlarını tanımağa başlayır. Bununla da o, təbiəti özünə yararlı surətdə qurub düzəltmək imkanlarını genişləndirir.
2. İnsan istəklərinin geniş və tükənməz olması. Bu, insanın mürəkkəbliyinə, yəni cism və ruhdan təşkil olmasına edilən işarədir. Bu xüsusiyyətin insanda olması, onda olan istəklərin iki qismə bölünməsinə səbəb olmuşdur.
a). Cismə aid olan istəklər;
b). Ruha aid olan istəklər;
3. İnsan bütün varlıqlarla fərqli olaraq özünü qurub yetişdirmək imkanına malikdir.
Qurani-kərimin «Dəhr» surəsinin 2-3-cü ayələrində söylədiyimiz bu xüsusiyyətlərin hamısı bir yerdə bəyan olunur.
«Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən və görən yaratdıq.»
İnsanı başqa varlıqlarla fərqli olaraq azad və muxtar yaratmışıq. Elə buna görə də görəcəyi işlərə görə sorğu-sual olunacaqlar. Bunun ardınca deyilir:
«Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)».
İnsan azadlığını və azadlıq mənşəyini, eləcə də onun ixtiyar sahibi olmasını bundan gözəl şəkildə ifadə etmək mümkün deyil. Onu sorğu-sual etdik, onu eşidən, görən və agah yaratdıq, ona haqq yolu göstərdik. Deməli, insan öz aqibət və yolunu özü təyin etməlidir.
Ona görə də insanın şəxsiyyəti müstəqil və azaddır. Allahın əmanətçisidir, onun yer üzündə olan elçisidir və buna görə də məsuliyyət daşıyır. Ondan öz işi və təşəbbüsü ilə yer üzünü abad etməsi və öz ixtiyarı ilə iki yoldan birini, səadət və ya bədbəxtlik yolunu seçməsi tələb olunmuşdur.
Qurani-kərim «Əhzab» surəsinin 72-ci ayəsində buyurur:
«Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə onu götürdü. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi.)»
Bölmə: Əhli Beyt (ə.s.) | Baxılıb: 2122 | Əlavə edən: Ya-Ali | Reytinq: 0.0/0
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş

Axtar

Teqvim
«  Oktyabr 2012  »
B.eÇ.aÇC.aCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031

Namaz qıl

Arxiv

Qan Yaddaşı

Sayğaclar
RuToP.Ws