Bazar ertəsi
23.10.2017
14:33
Xoş Gəldin Гость
RSS
 
Hər Gün Aşura, Hər Yer Kərbəla
Ana Səhifə Qeydiyyat Giriş
Menu

Bölmələr
Əhli Beyt (ə.s.) [6]
Dualar [1]
Hədislər [5]
Moizələr [0]
Məqalələr [6]
Hekayələr [0]
Nəsihətlər [2]
Mərsiyyələr [6]
İslamda Ailə [3]
Ramazan Ayı [3]
İslamda Əxlaq [8]
İslami Mövzular [7]
Şeir və Qəzəllər [1]
İbrətamiz Hekayələr [4]
Həqiqətlər və Batillik [1]

Mini-chat
200

Sorğu
Namaz qılırsınız?
Bütün Nəticə: 272

Milli Qəhrəman

Statistika

Onlaynda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə » 2015 » Noyabr » 22 » Hər işdə bir xeyir olması haqqında
14:26
Hər işdə bir xeyir olması haqqında
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
 
Allah hər şeyi hikmətlə yaradır. Bu hikmətlərdən biri də Rəbbimizin meydana gətirdiyi hadisələrin nəticəsinin möminlərə fayda verməsi, dinə fayda gətirməsidir. Çünki Allah möminlərlə bərabərdir. Buna görə də heç bir hadisəni möminlərin əleyhinə yaratmaz. 
Möminin qarşısına çıxan bəzi hadisələr, məsələn, inkarçıların qurduğu tələ ilk baxışda mənfi, əleyhdə bir vəziyyət kimi görünə bilər, amma Allah mütləq bunda da bir xeyir yaratmışdır. Bu hadisədə nə kimi xeyirlər olduğunu da dərhal və yaxın zaman ərzisində möminlərə göstərər. Buna görə möminlərin də qarşılaşdıqları hər hadisədə bir xeyir olduğunu bilməlidirlər.
Quran qissələrində bu mövzuya nümunə olan bir çox hadisə izah edilir. Hz. Yusifin həyatı bunlardan biridir. Hz. Yusif kiçik bir uşaqkən qardaşları tərəfindən quyuya atılmış, sonra oradan xilas olmuş, ancaq bir müddət sonra günahsız olduğu halda günahlandırılaraq zindana atılmışdır. 
Hz. Yusifin yaşadıqlarına bənzər vəziyyətlərlə qarşılaşan bir insan əgər imana və imanın gətirdiyi şüura sahib deyilsə, böyük talehsizliklərlə qarşı-qarşıya olduğunu, başına fəlakətlərin gəldiyini düşünəcək. Halbuki Hz. Yusif bütün bu hadisələrin Allahın idarəsi altında reallaşdığını və hamısında mütləq bir xeyir olduğunu heç bir zaman unutmamışdır. Belə ki, Allah bir müddət sonra bütün bu "fəlakət"lərin arxasındakı xeyiri ona göstərmiş və Hz. Yusif atıldığı Misir zindanlarından xilas olaraq o ölkənin rəhbərlərindən birinə çevrilmişdi.
Mindiyi gəmidə "kim dənizə atılacaq" deyə püşk atılan, püşk özünə düşən və dənizə atılan, sonra da nəhəng bir balıq tərəfindən udulan Hz. Yunusun vəziyyəti də Hz. Yusifə bənzəyir. Quranda Hz. Yunusun Allahı "təsbih edənlərdən" olduğu üçün o yerdən qurtarıldığı və sonra da mükafatlandırıldığı belə izah edilir:

Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq. Onun başı üstündə balqabaq tağı bitirdik. Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik. (Saffat surəsi, 143-148)

Quran hekayələrində izah edilən bütün bu nümunələr insana əhəmiyyətli bir dərs verir: bir hadisənin "fəlakət" kimi görünməsi, onun həqiqətdə elə olduğu mənasını verməz. Əgər mömin Allaha güvənsə, Ondan kömək diləyib, Ona sığınsa, onun başına gələcək heç bir hadisə "pis" deyil. Allah yalnız onu sınamaq, Özünə olan sədaqət və inancını möhkəmləndirmək üçün müxtəlif çətinliklər meydana gətirər, amma bunların hamısının xeyirli bir nəticəsi olar.
İnkarçılar üçün isə bu vəziyyət tamamilə əksinədir. Heç bir hadisə onlar üçün "xeyirli" deyil. Onlara zövq və sevinc verən, gözəl kimi görünən şeylər axirətdə çəkəcəkləri əzabı artıran səbəblər olacaq. İnkar edənlərin haqsız əldə etdikləri bütün qazanclar, hesabı soruşulacaq bir günah olaraq onların adına yazılır. Allah Quranda bu hökmü verir:

Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır. (Ali-İmran surəsi, 180)
Bölmə: İslamda Əxlaq | Baxılıb: 284 | Əlavə edən: Ya-Ali | Reytinq: 0.0/0
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş

Axtar

Teqvim
«  Noyabr 2015  »
B.eÇ.aÇC.aCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Namaz qıl

Arxiv

Qan Yaddaşı

Sayğaclar
RuToP.Ws