Çərşənbə
24.04.2024
11:56
Xoş Gəldin Гость
RSS
 
Hər Gün Aşura, Hər Yer Kərbəla
Ana Səhifə Qeydiyyat Giriş
»
Menu

Bölmələr
Əhli Beyt (ə.s.) [6]
Dualar [1]
Hədislər [5]
Moizələr [0]
Məqalələr [6]
Hekayələr [0]
Nəsihətlər [2]
Mərsiyyələr [6]
İslamda Ailə [3]
Ramazan Ayı [3]
İslamda Əxlaq [8]
İslami Mövzular [7]
Şeir və Qəzəllər [1]
İbrətamiz Hekayələr [4]
Həqiqətlər və Batillik [1]

Mini-chat
200

Sorğu
Namaz qılırsınız?
Bütün Nəticə: 284

Milli Qəhrəman

Statistika

Onlaynda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə » 2013 » Iyul » 15 » Hədislər
01:05
Hədislər
Həzrət Məhəmməd (s) buyurur: "Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan ALLAH yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur.”

Həzrət Məhəmməd (s) buyurur: "Heç bir damla ALLAH yolunda tökülən qan damlasından əziz deyil.”

İmam Sadiq (ə) buyurur: "Hər kəs ALLAH yolunda öldürülsə, ALLAH-Təala ona heç bir günahını göstərməz.” (Bütün günahları bağışlanar).

İmam Sadiq (ə) buyurur: "Hər kəs mö`mini yoxsulluğuna görə alçaq saysa, ALLAH-Təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər.”

İmam Sadiq (ə) buyurur: "Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məb`us olmuşdur.”

İmam Baqir (ə) buyurur: "Üç şey insanın belini qırır: 1. Öz əməlini böyük saymaq; 2. Öz günahını yaddan çıxarmaq; 3. Öz rəyindən xoşu gəlmək.”

İmam Sadiq (ə) buyurur: "ALLAH-Təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan.”

İmam Həsən (ə) buyurur: "Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.”

Həzrət Məhəmməd (s) buyurur: "Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, ALLAH yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.”

Həzrət Məhəmməd (s) buyurur: "Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.”

Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən e`lan edin.”

Həzrət Məhəmməd (s) buyurur: "Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.”

Həzrət Məhəmməd (s) buyurur: "Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli mö`minsən.”

Həzrət Məhəmməd (s) buyurur: "Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”

Həzrət Məhəmməd (s) buyurur: "Bir bəndə öldükdə camaat deyər: "Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər: "Özü ilə nə gətirdi?”

Həzrət Məhəmməd (s) buyurur: "Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.

Həzrət Məhəmməd (s)buyurur: "Mö`minin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya,həm də axirət işləriilə məşğul olmalıdır.”

Həzrət Məhəmməd (s) buyurur: "Dünyada hamıdan tox olan,qiyamətdə hamıdan ac olacaq.”

Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.”

Həzrət Məhəmməd (s) buyurur: "Dünya mö`minin zindanı, kafirinsə behiştidir.”

İmam Əli əleyhissalam buyurur: Xoş o kəsin halına ki, əməlini, elmini, məhəbbət və ədavətini, bir şeyi əxz edib və ya tərk etməsini, kəlamını, sükutunu, fe`l və danışığını Allah üçün ixlaslı (xalis) etsin.

İmam Sadiq əleyhissalam buyurur: Qəlb Allahın hərəmidir; belə isə Allahın hərəmində Ondan başqasına yer vermə (qəlbin məxfi guşələri Allaha məxsusdur, dünya məhəbbətini ondan xaric et.)

İmam Hüseyn əleyhissalam buyurur: Həqiqətən Allah-taala bəndələri yalnız buna görə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar.

İmam Baqir əleyhissalam buyurur: Allaha and olsun, Allah-taala camaatdan iki xislətdən başqa heç nə istəməmişdir: Onun ne`mətlərini iqrar etsinlər, nəticədə Allah o ne`mətləri artırsın və günahlarını e`tiraf etsinlər, nəticədə Allah onları bağışlasın.

İmam Əli əleyhissalam buyurur: "Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi heç vaxt başını səcdədən götürməzdi.

İmam Sadiq əleyhissalam buyurur: Hər kəs Allah xatirinə sevsə, Allah xatirinə nifrət eləsə və Allah xatirinə əta etsə, onda o, imanı kamil olan şəxslər sırasındadır.
Ağıllı adam, özünə nəsihət vermək istəyən kimsəyə hiylə etməz.

*Ən iti göz, xeyri görən; ən gözəl eşidən qulaq;nəsihətləri dinləyib ondan faydalanan; və ən möhkəm ürək də şübhələrdən təmizlənəndir.

Rəbbiylə özü arasında olan şeylər haqqında, ağıllı davranan heç kim görmədim.

İbadət etmək istəyən, onun üçün təmizlənməlidir.

Nemətə şükr etməmək alçaqlıqdır.

Müstəhəb əməllər, fərzləri əngəllərsə onları buraxın.

Yəqin, qurtuluşun sığınacağıdır.

Səfərin uzaqlığını xatırlayan ona hazırlanar.

Müşavirə edən bir qövm, mütləq kamala çatar.

Hər vaxtı bitən şəxs, möhlət tələb edərkən fürsəti olan adam, bunun dəyərini bilməyərək işlərini sonraya saxlamaqla özünü əyləndirər.

Öyüdün sizə çatmasını əngəlləyən qürur pərdəsidir. Qürur və eqoizm qalxmadıqca öyüd təsirli olmaz.

Elm, öyrənənin bəhanəsini ortadan qaldırar.Çünki insan cahil olduğu müddətcə bəhanə göstərə bilər; əlbəttə hər cahil deyil.

Nemət içərisində olduğunda Allaha şükr etmək, bir müsibət gəlib çatdığında səbirli olmaq, şəri olmayan bir xeyrdir.

Ey Allahın qulları! İbrət, öyüd-nəsihət alın və keçmişdəkilərin arxada qoyduqları əsərləri ibrət dərsi olaraq götürün. Bu qədər nemətlərin şükrü üçün günahlardan uzaq durun və nəsihətlərdən faydalanın. Allahın kömək və sığınacaq, Quranın da dəlil və şikayətçi, Cənnətin savab, Cəhənnəmin də cəza və işgəncə olması insana öyüd-nəsihət olaraq yetərlidir.

Ey Allahın qulları! Allahdan qorxun. Qurtuluş və səadət tələb edin və qocalıq dövrü çatmadan ciddiyyət göstərin. Əzab parçaları enmədən və ləzzətləri yox edici ölüm çatmadan əvvəl əməl etməyə tələsin. Çünki dünya nemətlərinin davamı olmayan, müsibətlərinə əmin olunmayan, pisliklərindən qaçınılamayan aldadıcı bir əngəl və əyri, etibarsız bir dayanacaqdır.
Bölmə: Hədislər | Baxılıb: 1037 | Əlavə edən: Ya-Ali | Reytinq: 0.0/0
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş

Axtar

Teqvim
«  Iyul 2013  »
B.eÇ.aÇC.aCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031

Namaz qıl

Arxiv

Qan Yaddaşı

Sayğaclar
RuToP.Ws