Cümə
29.03.2024
02:42
Xoş Gəldin Гость
RSS
 
Hər Gün Aşura, Hər Yer Kərbəla
Ana Səhifə Qeydiyyat Giriş
»
Menu

Bölmələr
Əhli Beyt (ə.s.) [6]
Dualar [1]
Hədislər [5]
Moizələr [0]
Məqalələr [6]
Hekayələr [0]
Nəsihətlər [2]
Mərsiyyələr [6]
İslamda Ailə [3]
Ramazan Ayı [3]
İslamda Əxlaq [8]
İslami Mövzular [7]
Şeir və Qəzəllər [1]
İbrətamiz Hekayələr [4]
Həqiqətlər və Batillik [1]

Mini-chat
200

Sorğu
Namaz qılırsınız?
Bütün Nəticə: 284

Milli Qəhrəman

Statistika

Onlaynda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə » 2015 » Noyabr » 22 » Gündəlik həyatda duyğusallıq nədir?
17:57
Gündəlik həyatda duyğusallıq nədir?
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
 
Duyğusallığın tərifini insanın ağıl və məntiqinin tələb etdiyi doğrular istiqamətində deyil, duyğularının istiqamətləndirməsilə hərəkət etməsi şəklində vermişdik. Duyğusallıq hər insanda müxtəlif ölçülərdə olmasına baxmayaraq, dindən uzaq cəmiyyətlərin bütün fərdlərində olan ruhi xəstəlikdir. Qurandan uzaq, dini yaşamayan bir insanın romantizmdən qurtulması mümkün deyil. Çünki duyğusallıq ancaq insanın ağlı ilə, yəni Quran əxlaqı ilə hərəkət etməsi nəticəsində ortadan qalxa bilər. Qurana əməl etməyən birinin isə bir az əvvəl ifadə etdiyimiz kimi ağıldan istifadə etməsi mümkün deyil.
Duyğusallıq cahiliyyə cəmiyyətlərində "yaxşı insan" ölçüsü olaraq qəbul edilən, bu səbəbdən də bəziləri üçün öyünmə vasitəsi olan əhəmiyyətli bir ruhi pozuqluqdur. Ancaq əksəriyyətin qənaətində duyğusallıq elə müsbət bir məna qazanmışdır ki, ağlamayan bir insanı asanlıqla qəlbsiz, duyğusuz bir insan kimi qiymətləndirirlər. 
Görəsən duyğusallıq zənn edildiyi kimi bu qədər məsum bir xüsusiyyətdirmi? Bu problemin cavabını araşdırsaq, duyğusallığın son dərəcə dəhşətli nəticələr doğurduğunu görəcəyik. Əvvəlki hissələrdə bunun ictimai sahədəki təsirlərini açıqca gördük. Ancaq duyğusallığın gündəlik həyatda da son dərəcə zərərli təsirləri vardır. Duyğusallıq insanların şikayət etdikləri və cavab axtardıqları bir çox mövzuda aciz qalmalarının başlıca səbəblərindəndir.
Halbuki, problem olaraq dilə gətirilən hər şeyin həlli, yaşanan çətinliklərdən qurtuluş yolları Quranda mövcuddur. Quranı özlərinə rəhbər edənlər ağlın qazandırdığı üstünlüklərə sahib olurlar:

... Artıq sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 15-16)

Yəqin ki, uşaqlığınızdan bəri qəzetdə oxuduğu bir haqsızlığa, televiziyada seyr etdiyi ac insanlara ağlayanların, onların olduqları vəziyyətə kədərləndiklərini ifadə edənlərin vicdanlı insanlar olduğuna dair şərhlər eşitmisiniz. Halbuki romantik insanların səmimi bir maraq və səy göstərmədən yalnız göz yaşı tökməkdən, şikayətlənməkdən kənara çıxmayan bu reaksiyaları problemə heç bir fayda verməz. Bu cür insanlar ağlayıb özlərinə dərd etdikləri insanların problemlərinə çıxış yolu tapmaqdan çox onlara kədərlənməkdən zövq alarlar: təhtəlşüurda duyğusallığın qaranlıq halını yaşamaq nəfslərinin daha çox xoşuna gələr. Pessimizm, ümidsizlik, ağrı-acı, kədər, depressiya kimi cəhənnəmə xas xüsusiyyətlərin bu dünyada şeytanın duyğusallıqla azdırdığı insanlara cazibədar gəlməsi də olduqca maraqlıdır.
Bu mövzunun əhəmiyyətli bir istiqaməti daha vardır: televiziya qarşısına keçib heç bir şey etmədən göz yaşı tökən bu insanlara bir şey etmələri təklif edilsə, boş dayanmamaları deyilsə də, dəyişən bir şey olmaz. Bu vəziyyətdə də "mən tək başıma nə edə bilərəm ki?", "mənim etdiyimdən nə olacaq?" kimi bəhanələrlə mövzudan qaçmağa çalışarlar. 
Duyğusal insanlar ətraflarında meydana gətirdikləri mənfi aura nəticəsində hadisələri qarışıq və problemin həllini qeyri-mümkün göstərərək, özləri kimi ətraflarındakıları da pessimizmə və ümidsizliyə sövq edərlər. 
Bir çox gözəl əxlaq xüsusiyyəti duyğusallığın tərkibində yaşandığında bu gözəlliyini itirər, hətta son dərəcə təhlükəli vəziyyət yaranar. Məsələn, şəfqət Allahın Quranda təşviq etdiyi üstün bir əxlaq xüsusiyyəti olmasına baxmayaraq, romantik bir adamın şəfqəti zalım bir insana yazığı gəlmək, bu adamın etdiklərini xoş görmək, zülmü ilə razılaşmaq kimi yanlış şəkillərdə tətbiq oluna bilər. Bu baxımdan ağıllı bir insan üçün duyğusallığa aid heç bir üslubu, heç bir rəftarı və məntiqi də məqbul görmək mümkün deyil. Çünki bu cür bir zehniyyət olduğu müddətdə duyğusallığa aid hərəkətlər mühit və şərtlərə görə daha ciddi xarakter ala bilər. 
Ancaq burada həssas olmaqla duyğusal olmaq arasındakı fərqi də göstərmək lazımdır. "Həssas, mülayim olmaq" Allahın Quranda peyğəmbər xüsusiyyəti olaraq vurğuladığı üstün bir xüsusiyyət ikən, duyğusallıq Quranda təsvir edilən əxlaqın tam əksidir. Möminlər duyğusal deyil, həssas insanlardır. Başqa sözlə desək, həm ağıllı və mülayim insanlardır, həm də insani istiqamətləri son dərəcə qüvvətlidir. Belə ki, əsl üstünlük də adamın bu xüsusiyyətləri bir yerdə saxlaya bilməsidir. Allah Quranda İbrahim Peyğəmbərin bu gözəl əxlaqını "Həqiqətən, İbrahim həlim, (Allaha) çox yalvaran və Ona üz tutan bir şəxs idi." (Hud surəsi, 75) ayəsi ilə bildirir.
Unudulmamalıdır ki, romantik insanların bir adama ancaq yazığı gələr, onu düşdüyü çətin vəziyyətdən qurtarmaq, problemlərini həll etmək üçün heç bir cəhd etməzlər. Amma Allahın əmr etdiyi həssaslığa sahib bir insan yazığı gəldiyi insanlara kömək etmək üçün də əlindən gələni edər, problemləri həll edər, insanları çətin vəziyyətdən qurtarmaq üçün lazımi tədbirləri görər. Əsl şəfqət və sevgi də budur.
Bölmə: İslami Mövzular | Baxılıb: 1617 | Əlavə edən: Ya-Ali | Теги: islamda qadin, Quranda qadin, qurani kerim, islamda ailə | Reytinq: 0.0/0
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş

Axtar

Teqvim
«  Noyabr 2015  »
B.eÇ.aÇC.aCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Namaz qıl

Arxiv

Qan Yaddaşı

Sayğaclar
RuToP.Ws