Cümə axşamı
18.04.2024
04:24
Xoş Gəldin Гость
RSS
 
Hər Gün Aşura, Hər Yer Kərbəla
Ana Səhifə Qeydiyyat Giriş
»
Menu

Bölmələr
Əhli Beyt (ə.s.) [6]
Dualar [1]
Hədislər [5]
Moizələr [0]
Məqalələr [6]
Hekayələr [0]
Nəsihətlər [2]
Mərsiyyələr [6]
İslamda Ailə [3]
Ramazan Ayı [3]
İslamda Əxlaq [8]
İslami Mövzular [7]
Şeir və Qəzəllər [1]
İbrətamiz Hekayələr [4]
Həqiqətlər və Batillik [1]

Mini-chat
200

Sorğu
Namaz qılırsınız?
Bütün Nəticə: 284

Milli Qəhrəman

Statistika

Onlaynda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə » 2012 » Oktyabr » 26 » "Bismillah"la "Bismillahsız" kəsim arasındakı böyük fərqlər
18:13
"Bismillah"la "Bismillahsız" kəsim arasındakı böyük fərqlər
"Bismillah"la "Bismillahsız" kəsim arasındakı böyük fərqlər

30 professordan təşkil olunan elmi heyət, bir araşdırma aparır. Araşdırmanın mövzusu "Bimillah" və "Bismillahsız" kəsim arasındakı fərq olub. Ortaya çaşdırıcı nəticələr çıxıb. 
Qurban bayramı zamanı kəsilən heyvanların ətləriylə əlaqədar tərcüməçi yazar Osman Özsoy, köşə yazısında araşdırmanın nəticələrinə yer verib. Yazı, 2005-ci il,18 Yanvar tarixində nəşr olunub. Bu da Qurban Bayramından iki gün əvvələ təsadüf edir. Bu təəccüblü yazı idi. Biz də səhifəmizdə yerləşdiririk.
Müxtəlif universitetlərdə vəzifələrini yerinə yetirən və tibbin fərqli sahələrində mütəxəssis olan 30 professordan ibarət olan araşdırma qrupu, "Bismillahla" kəsilən heyvan ətləriylə, "Bismillahsız" kəsilən heyvan ətləri arasında hər hansı bir fərqin olub olmamasını açıqlamaq məqsədiylə laboratoriya mühitində təcrübəvi araşdırmalar aparırlar.


"Bismillah"ın sirri

Elm adamları, heyvan kəsimi əsnasında dini cəhətdən yerinə yetirilməsi zəruri olan "Bismillah", "Allahu Əkbər" sözünün kəsilən ətlərə hər hansı bir təsirinin olub-olmadığını araşdırdıqları zaman çaşdırıcı nəticələrlə qarşılaşırlar. 
Araşdırmanın metod və texnikası mövzusunda məlumat verən Şam Universiteti Əczaçılıq Fakültəsinin dekanı Prof. Dr. Nebil Şərif, "Bismillah"la kəsilən quş cinsləri, mal və kiçikbuynuzlu heyvanların və "Bismillah"sız kəsilən eyni cinsdən olan heyvanların ətlərindən ayrı-ayrı nümunələr götürərək xüsusi laboratoriyalarda uzunmüddətli mikroskopik araşdırmalar apardıqlarını söyləyib. 
Nəticədə, "Bismillah"la kəsilən heyvan ətlərinin nümunələrinin açıq qırmızı gül rəngi aldığını, Bismillah"sız kəsilən ət nümunələrinin isə, qaraya yaxın tünd qırmızı bir rəngə büründüyü görülür.

Çaşdırıcı nəticə

Professor Şərif bundan əlavə, "Bismillah"la kəsilən ətlərdə hər hansı bir mikroba rast gəlmədiklərini, "Bismillah"sız kəsilən ətlərin diaqnozunda isə davamlı olaraq çoxalan, iri həcmdə zərərli mikrob və bakteriyaların təsbit edildiyini söyləyib. "Bismillah"sız kəsilən ətlərin toxumalarındakı qanda iltihablı ağ qan hüceyrələri və qırmızı qan hüceyrələri təsbit edilərkən, "Bismillah"la kəsilən ətlərin toxumalarında buna bənzər hər hansı bir nəticəyə rast gəlinmədiyi sübut edilib.
Araşdırmada iştirak edən elm adamlarından olan Dr. Əbdulqadir Dirani, "Quranda, "Allah adı zikr edilmədən kəsilən heyvan ətini yeməyin"-şəklində olan ilahi əmrə baxmayaraq, heyvan kəsimində bəzən "Bismillah" kəlməsinə qarşı laqeydlik, bizləri bu mövzunu elmi olaraq araşdırmağa sövq etdirdi. "Bismillah" və "Təkbir"lə heyvanın kəsilməsi mövzusunu araşdırmağa başlayan zaman, qrupda olan bəzi yoldaşlar mövzuya əvvəlcə soyuq yanaşdılar. Ancaq araşdırmalar əsnasında hər mərhələdə təəccüblü nəticələr ortaya çıxınca, qrupun mövzuya olan marağı daha da artmağa başladı.
"Bismillah" və "Təkbir"lə kəsilən heyvan ətlərində,"Bismillah"sız kəsilən heyvan ətlərinin əksinə olaraq, ət toxumalarında qan və mikrobların tapılmaması, "Bismillah"ın böyük bir möcüzəsi olaraq qarşımıza çıxdı"- şəklində fikirlərini dilə gətirib.
Araşdırmanı icra edən qrup adından Küveyt Xəbər Agentliyinə açıqlama verən Prof. Dr. Xalid Halave isə, laboratoriya mühitində aparılan təcrübələrdə,"Bismillah"sız kəsilən mal, kiçikbuynuzlu heyvan və quşların ət toxumalarında laxtalanmış qan, çoxalmağa meyilli bakteriya və mikrobların təsbit edildiyini, lakin, "Bismillah"la kəsilən heyvanın ət toxumalarında qan, mikrob və bakteriyalara rast gəlinmədiyini ifadə etmişdir.


Kəsimin fərqi

Həmin universitetin Baytarlıq Fakültəsi Ət Sağlamlığı bölməsinin professorlarından olan Fuad Nima, dünyanın bir çox ölkəsində tətbiq olunan, heyvanların keyidilərək öldürülməsi əməliyyatı zamanı qanın bədəndə qalması, bu cür ətlərin daha tez xərəb olmasına səbəb olur. Halbuki, kəsim zamanı deyilən "Bismillah" və "Təkbir"in, heyvana göstərdiyi təsir və həyəcanın, onun orqan və əzələlərində meydana gətirdiyi hərəkətin qanın maksimum miqdarda çölə atmasına səbəb olduğunu və heyvanların daha az əziyyət çəkdiyini sübut etdiklərini ifadə edir.
İnancımıza görə, Allahın haram və ya halal etdiklərində mütləq hikmət axtarmaq lazım deyil. Lakin insanlığın bu günə qədər əldə etdiyi təməl təcrübə, Allahın əmr və qadağanlarında bildiyimiz və ya bilmədiyimiz hikmətlərin olduğunu açıqlayır. Elm inkişaf etdikcə, Allahın bizlər üçün hazırladığı nemət və hikmətləri anlamaq daha da asanlaşır.
Bölmə: İslamda Əxlaq | Baxılıb: 1100 | Əlavə edən: Ya-Ali | Reytinq: 5.0/1
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş

Axtar

Teqvim
«  Oktyabr 2012  »
B.eÇ.aÇC.aCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031

Namaz qıl

Arxiv

Qan Yaddaşı

Sayğaclar
RuToP.Ws