Bazar ertəsi
23.10.2017
14:37
Xoş Gəldin Гость
RSS
 
Hər Gün Aşura, Hər Yer Kərbəla
Ana Səhifə Qeydiyyat Giriş
Menu

Bölmələr
Əhli Beyt (ə.s.) [6]
Dualar [1]
Hədislər [5]
Moizələr [0]
Məqalələr [6]
Hekayələr [0]
Nəsihətlər [2]
Mərsiyyələr [6]
İslamda Ailə [3]
Ramazan Ayı [3]
İslamda Əxlaq [8]
İslami Mövzular [7]
Şeir və Qəzəllər [1]
İbrətamiz Hekayələr [4]
Həqiqətlər və Batillik [1]

Mini-chat
200

Sorğu
Namaz qılırsınız?
Bütün Nəticə: 272

Milli Qəhrəman

Statistika

Onlaynda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə » 2015 » Noyabr » 21 » Başqasının namusuna baxma ki, sənin də namusuna baxmasınlar
15:54
Başqasının namusuna baxma ki, sənin də namusuna baxmasınlar
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

 

İmam Sadiq (a.s.) buyurub: "Başqalarının namuslarına nisbətdə iffətli - həyalı olun ki, camaat da sizin namuslarınıza nisbətdə iffətli olsunlar."
Belə nəql edirlər ki, bir şəhərdə qırx ilə yaxın idi bir kişi azan deyərdi. Bir gün azan demək üçün minarəyə çıxıb azan deyir.
Qurtarandan sonra ordan qonşunun həyətinə baxmağa başlayır ki, bir qızı başı açıq həyətdə əl-üzünü yuduğu halda müşahidə edir. Bir baxışla qızın məhəbbəti ürəyində yer edir. Axır bu eşqin qarşısında aciz qalıb onların evinə gəlib qapıların döyməyə başlayır. Qızın atası qapını açıb azançını qapıda görəndə təəccüb edərək soruşur:
- Nə işin var?
Azançı cavab verir:
- Qızına elçiliyə gəlmişəm.
Ev sahibi heyrətə gələrək deyir:
- Biz müsəlman deyilik. Bizim məshəbimiz "Zərdüşt” məzhəbidir. Biz öz dini qaydamıza görə müsəlmana qız verə bilmərik. Hər kəs istəsə bizimlə qohum olsun, gərək bizim dinimizi qəbul etsin.
Qızın eşqi azançının ağlını başından elə çıxartmışdı ki, bir az fikir edəndən sonra onların dinlərinin qəbul etməsini bəyan edir. Ev sahibi elə bu fürsəti gəzirdi ki, bir müsəlman şəxsi öz dinindən xaric edib öz dininə gətirsin. Bu surətdə qızın atası razı oldu. Danışdıqdan sonra müəyyən vaxt təyin etdilər ki, bu işi yerinə yetirsinlər.
Təzə bəy təyin olunmuş gün nişanlısının evinə gedir ki, yeni dinə daxil olmasının bayramını toy məclisi ilə birlikdə keçirsinlər. Mərasim qurtarandan sonra təzə bəy pillələrə bələd olmadığı halda pillələri sürətlə yuxarı qızın yanına çıxmağa başlayır. Pillələrin birində ayağının sürüşməsilə həyətə yıxılması bir olur. Ev sahibi təzə yeznəsinin başı üstünə gəlir ki, görsün nə oldu. Görür təzə yeznə bu dünyadan əbədilik olaraq gözlərini yumub. Bu minval ilə bir an naməhrəmə baxmağının nəticəsində öz nəfsinin əlində əsir qalaraq qırx illik ibadətini batil etdi. Hətta bu iş səbəb oldu ki, kafir halında bu dünyadan gözlərini əbədi olaraq yumsun.
Bölmə: İbrətamiz Hekayələr | Baxılıb: 205 | Əlavə edən: Ya-Ali | Reytinq: 0.0/0
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş

Axtar

Teqvim
«  Noyabr 2015  »
B.eÇ.aÇC.aCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Namaz qıl

Arxiv

Qan Yaddaşı

Sayğaclar
RuToP.Ws